AZ

Mançester Siti Real ın vingerini razı salmağa çalışır

sport24.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Mançester Siti" "Real"ın vingeri Vinisius Juniorun xidmətində maraqlıdır. Sport24.az "Marca"ya istinadən xəbər verir ki, İngiltərə təmsilçisi braziliyalı futbolçunu Mançesterə köçməyə razı salacağına ümid edir.

Mənbənin sözlərinə görə, ingilislər Vinisiusa maaş limiti səbəbindən "Kral klubu"nun təklif etmək istəmədiyi müqavilə şərtlərini təqdim edə bilər. "Mançester Siti" vingerə "Real"ın 2027-ci ilin yayında başa çatan müqaviləsini yeniləməməyə razı sala bilər.

Qeyd edək ki, Vinisius bu mövsüm bütün turnirlərdə 37 oyunda meydana çıxıb, 13 qol vurub və 11 məhsuldar ötürmə edib. "Transfermarkt" portalındakı məlumata görə, onun bazar dəyəri 150 milyon avrodur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
40
sport24.az

1Mənbələr