AZ

Pakistan Əfqanıstan müharibəsi: “Qətərin vasitəçiliyi daha münasib görünür”

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Pakistan-Əfqanıstan münaqişəsinin nizamlanması prosesində və hər iki ölkə arasındakı problemlərin həll olunmasında Qətər daha mühüm və önəmli rol oynaya bilər”.

Bu sözləri Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov “Cebheinfo.az”-ın Pakistan-Əfqanıstan münaqişəsinin tənzimlənməsi prosesində hansı region ölkəsi - Türkiyə, Səudiyyə Ərəbistanı və Qətərin vasitəçiliyi münasib olması ilə bağlı sualını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, hər üç ölkənin həm Pakistan, həm də Əfqanıstanla normal diplomatik-siyasi münasibətləri var: 

“Hesab edirəm ki, bu məsələdə daha çox Türkiyənin Pakistan və Əfqanıstanla münasibətlərini, eləcə də hər iki ölkənin baxışında nüfuzunu nəzərə almaq lazımdır. 

Ankara hər iki ölkə arasında dialoq qura bilər. Amma onu da vurğulamaq lazımdır ki, “Taliban”ın əsas ofislərindən biri Qətərdə yerləşir. Qətərin Pakistanla münasibətləri yüksək səviyyədədir.

Bu nöqtəyi-nəzərdən Qətər Pakistan-Əfqanıstan münaqişəsinin nizamlanması prosesində və hər iki ölkə arasındakı problemlərin həll olunmasında daha mühüm və önəmli rol oynaya bilər.

Qətərin vasitəçiliyi daha münasib görünür. Əgər Qətərin vasitəçiliyi ilə Pakistan hökuməti və Taliban arasında hər hansı danışıqlar baş tutarsa, bu danışıqlarda real nəticələr əldə edilə bilər”. 

Yunis Abdullayev

“Cebheinfo.az”

Açar sözlər:

Pakistan-Əfqanıstan müharibəsi

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
1
cebheinfo.az

2Mənbələr