AZ

İran özünü müdafiə etməyə hər zaman hazırdır – XİN

Bakı. Trend:

İran hər zaman müzakirəyə hazır olduğu kimi, özünü müdafiəetməyə də hər zaman hazırdır.

Trend-inməlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyi bəyanatyayıb.

Bəyanata əsasən, İran silahlı qüvvələri var-gücü ilə edilənhücumlara cavab verəcək.

Bəyanatda bildirilir ki, İsrail və ABŞ-nin İrana hərbi havahücumları BMT nizamnaməsinin açıq-aşkar şəkildə pozulması və İranaaçıq-aşkar silahlı hücumdur. İran bu hücumlara cavab olaraq BMTnizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq var-gücündən vəimkanlarında istifadə edərək hücumların qarşısını alacaq.

Bəyanatda qeyd olunur ki, İran beynləxalq sülh vətəhlükəsizliyin pozulması ilə əlaqədar BMT və BMT TəhlükəsizlikŞurasının öz vəzifəsini yerinə yetirməsini istəyir.

“BMT-yə üzv bütün ölkələr, xüsusilə region və müsəlman ölkələri,Qoşulmama Hərəkatına üzv ölkələr və beynəlxalq sülhlə əlaqədarməsuliyyət hiss edən ölkələrdən bu hücumlara reaksiya vermələriregion və dünyada sülhün qorunması istiqamətində addım atmalarıgözlənilir”, - bəyanatda vurğulanır.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasındakeçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başaçatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraqAvropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarəyerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasındaİranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundukeçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baştutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şanskimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldəolunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvəobyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafınamüddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarınabaşlayıb.

Məqalədə:
Seçilən
11
az.trend.az

1Mənbələr