ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Hidayət Heydərovun "Böyük Dəbilqə" turnirində iştirak etməməsinin səbəbi bəlli olub.
Bu barədə Oxu.Az-a Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Diqqətə çatdırılıb ki, Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirində Azərbaycanı -73 kq çəki dərəcəsində təmsil etməli olan Hidayət Heydərov çəkisini sala bilmədiyinə görə yarışda iştirak edə bilməyib:
"Azərbaycan Cüdo Federasiyası özünün daxili nizam-intizam qaydaları çərçivəsində idmançı barədə müvafiq tədbirlər həyata keçirib".
Qeyd edək ki, "Böyük Dəbilqə" martın 1-də başa çatacaq. Cüdoçularımızdan turnirdə indiyə qədər Əhməd Yusifov qızıl, Balabəy Ağayev (hər ikisi 60 kq) gümüş medal qazanıblar.
Murad Nəsimi
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.