AZ

Qətər hava məkanını bağladı

Qətər təhlükəsizlik məqsədi ilə hava məkanını bağlayıb.

Qətərin paytaxtında yerləşən Doha Amerikan Məktəbi (ASD) bağlanıb.

“Yeni Sabah” xəbər verir ki, məktəb rəhbərliyi, İsrail və ABŞ-nin İran əleyhinə əməliyyatları səbəbindən ölkədəki ABŞ vətəndaşlarına təhlükəsiz yerlərə çəkilmələri ilə bağlı xəbərdarlığından sonra kampüsünü müvəqqəti bağladığını və bütün fəaliyyətləri dayandırdığını bildirib.

Doha Amerikan Məktəbi ölkədəki ABŞ icması üçün əsas təhsil müəssisəsi hesab olunur və minlərlə şagirdi əhatə edir.

Bundan başqa, Qətər təhlükəsizlik məqsədi ilə hava məkanını bağlayıb.


Telegram kanalımız
Seçilən
10
yenisabah.az

1Mənbələr