AZ

“Mançester Siti” Vinisiusu transfer edə bilər – Marca


“Mançester Siti” “Real Madrid”in hücumçusu Vinisius Juniorun müqaviləsini diqqətlə izləyir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Məlumata görə, klub braziliyalı futbolçunu komandaya qoşulmağa razı salmaq üçün addımlar atır.
Nəşrin məlumatına görə, ingilis klubu buna görə, Vinisiusa maaş limiti ilə əlaqədar “Real Madrid”in təklif edə bilmədiyi müqavilə şərtlərini təklif edə bilər.
Həmçinin, “Mançester Siti” braziliyalı hücumçunu “Real Madrid”lə 2027-ci ilin yayında başa çatacaq müqaviləsini yeniləməməyə razı sala bilər.
Qeyd edək ki, Vinisius bu mövsüm “Real Madrid”lə bütün yarışlarda 37 oyuna çıxıb, 13 qol vurub və 11 məhsuldar ötürmə edib.
Seçilən
10
1
yeniavaz.com

2Mənbələr