525.az saytına istinadən ain.az xəbər verir.
“ABŞ-ın İrana qarşı əməliyyatı bir şansdır”.
525.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp müraciətində deyib.
O bildirib ki, əməliyyat bitdikdən sonra hakimiyyət xalqa məxsus olacaq. Əlavə edib ki, heç bir Amerika prezidenti onun etdiyini etməyib:
"Görəcəyik necə cavab verəcəksiniz. Amerika Birləşmiş Ştatları böyük və dağıdıcı qüvvə ilə gəlib. İndi taleyinizə nəzarəti ələ keçirməyin vaxtıdır. Bu, hərəkətə keçməyin vaxtıdır, onu boşa sərf etməyin".
Tramp bildirib ki, ABŞ-ın İranla nüvə danışıqlarında səbri tükənib, buna görə də hərbi əməliyyata başlamaq məcburiyyətində qalıblar.
Onun sözlərinə görə, İranın ballistik raketləri regiondakı Amerika bazalarını, Avropadakı müttəfiqlərini təhdid edir və tezliklə ABŞ-a çata bilər.
Tramp deyib ki, ABŞ İranın raket güclərini və hərbi-dəniz donanmasını məhv edəcək: “ABŞ İrana qarşı əməliyyat zamanı itkilər verə bilər, lakin itkiləri minimuma endirmək üçün əlindən gələni edir. İran qoşunlarını silahlarını yerə qoymağa və yerli sakinləri sığınacaqda qalmağa çağırırırq, çünki bombalar hər yerə düşəcək”.
Pərvanə Sultanova
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.