AZ

Tramp: “47 ildir bizə ölüm arzu edirlər, bundan sonra…”

ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti sərt bəyanatla çıxış edib.

NOCOMMENT.az xəbər verir ki, o bildirib ki, 47 ildir “Amerikaya ölüm olsun” şüarları səsləndirilir və rəsmi Tehran İraqdan Livana qədər müxtəlif silahlı qruplara dəstək verir.

Tramp İranı “dünyanın bir nömrəli terror dövləti” adlandırıb və vurğulayıb ki, bu rejim heç vaxt nüvə silahına malik ola bilməz.

ABŞ prezidenti ötən ilin iyununda İranın nüvə obyektlərinə zərbələr endirildiyini xatırladaraq, həmin addımın rejimin nüvə proqramını dayandırmaq məqsədi daşıdığını bildirib.

Onun sözlərinə görə, bundan sonra Tehrana xəbərdarlıq edilib ki, “şər əməllərindən” əl çəksin, lakin İran onilliklərdir davam etdirdiyi nüvə ambisiyalarından imtina etməyib.

Tramp qeyd edib ki, Vaşinqton artıq bu vəziyyətə dözə bilməz və belə bir rejimin nüvə silahına sahib olmasının hansı nəticələrə gətirib çıxara biləcəyini təsəvvür etməyin kifayət etdiyini vurğulayıb.

Turab

NOCOMMENT.az 

Seçilən
12
nocomment.az

1Mənbələr