AZ

"Bu, nəsillər boyu yeganə şansınız ola bilər" - Tramp İran xalqına müraciət etdi

ABŞ Prezidenti Donald Tramp ABŞ zərbələri bitdikdən sonra iranlıları hakimiyyəti ələ keçirməyə çağırıb.

Ucnoqta.az xəbər verir ki, Tramp özünün TruthSocial səhifəsində dərc olunan videomüraciətdə bildirib.
"Azadlığınızın saatı yaxınlaşır. Biz işimizi bitirdikdə, hakimiyyəti ələ keçirin - bu sizin olacaq, bu sizin olacaq. Bu, nəsillər boyu yeganə şansınız ola bilər", - deyə Ağ Ev rəhbəri bildirib.

O qeyd edib ki, heç bir Amerika prezidenti onun etdiyini etməyib. "Görəcəyik necə cavab verəcəksiniz. Amerika Birləşmiş Ştatları böyük və dağıdıcı qüvvə ilə gəlib. İndi taleyinizə nəzarəti ələ keçirməyin vaxtıdır. Bu, hərəkətə keçməyin vaxtıdır, onu boşa sərf etməyin", - deyə Tramp əlavə edib.

Seçilən
18
1
ucnoqta.az

2Mənbələr