AZ

İRANIN RAKET KOMPLEKSLƏRİ VƏ DONANMASINI MƏHV EDƏCƏYİK Tramp planı açıqladı

Mia.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"İranın uzaqmənzilli raket kompleksləri və donanması bizə və bölgəyə təhlükədir. Biz onları məhv edəcəyik".

Mia.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp İrana qarşı hücumla bağlı bəyanatında bildirib.

Tram İranı terroru maliyyələşdirən və himayə edən dünyanın bir nömrəli dövləti adlandıraraq  Tehran rejiminin nüvə silahına sahib olmasının çox böyük təhlükə yaradacağını iddia edib: "ABŞ İranın nüvə silahına sahib olmasına heç vaxt imkan verə bilməz. Məhz buna görə də ötən ilin iyulunda Fordoda, Natanzda və İsfahanda rejimin nüvə proqramını məhv etdik. İndisə biz İranın az qala ABŞ-a yetişəcək raket komplekslərini və hərbi-dəniz donanmasını məhv edəcəyik".

Lamiyə 

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
mia.az

1Mənbələr