AZ

Polis əhaliyə 1000 manat veriləcəyini deyən şəxsi saxladı 9 sutkalıq həbs edildi

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Sosial şəbəklərdə 1932-ci ildən 2017-ci ilə qədər doğulmuş vətəndaşlara Dövlət Sosial Müdafiə Fondu tərəfindən 1000 manat veriləcəyi ilə bağlı paylaşım edən şəxs həbs olunub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 35 yaşlı H.M-ya inzibati qaydada 9 sutka həbs verilib.

Polisin keçirdiyi tədbirlərlə həmin şəxs Balakən rayonunda saxlanılıb. İnternetdə yayılması qadağan edilən məlumat paylaşmaqda təqsirli bilinən şəxsin bazarda satıcı işlədiyi məlum olub. O, əməlindən peşman olduğunu, bir daha belə şey etməyəcəyini deyib.

Qeyd edək ki, həmin paylaşım tiktokda qısa müddətdə 13 min nəfər tərəfindən izlənib. İzləyicilərin çoxu pulu necə ala biləcəklərini soruşublar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
7
qafqazinfo.az

10Mənbələr