AZ

Danimarka ukraynalı kişilərə qarşı siyasəti sərtləşdirir

AzVision.az xəbər verir ki, Danimarkanın xarici vətəndaşlarla işlər üzrə nazirliyi belə məlumat yayıb.

Çerkassk, Çernovitsa, İvano-Frankivsk, Xmelnitski, Kirovoqrad, Kiyev (Kiyev şəhəri istisna olmaqla), Lvov, Poltava, Rovno, Ternopol, Vinnitsa, Volın, Zakarpatye və Jitomir vilayətlərindən olan ukraynalılara sığınacaq verilməyəcək.

23 yaşdan 60 yaşa qədər kişilər hərbi xidmətdən rəsmi azadolmalarını sübut edə bilmədikləri təqdirdə yaşayış icazəsi ala bilməyəcəklər. Yaşı 23-dən az olan kişilər hərbi xidmətdən azadolma sənədlərini təqdim etmədikləri təqdirdə, yalnız bu yaşa çatana qədər yaşayış icazəsi ala biləcəklər və müddətin uzadılması hüququ olmayacaq.

Bundan əlavə, sosial müavinət alan ukraynalıların ümumi əsaslarla işləməsi tələb olunacaq. Bu qaydanı tətbiq etmək üçün bələdiyyələrə 1 oktyabr 2026-cı ilə qədər keçid dövrü veriləcək. Hökumət bunun təxminən 12 min insana şamil olunacağını düşünür.

Həmçinin, ukraynalı uşaqların ingilis və ya ukrayna dilində təhsil almasına və Ukrayna tədris proqramından istifadə edərək distant təhsil kurslarına getməsinə icazə verən xüsusi təhsil qaydalarının ləğvi təklif olunur.

Bütün bu dəyişiklikləri özündə əks etdirən qanun layihəsinin aprel ayında parlamentə təqdim edilməsi planlaşdırılır. Bu dəyişikliklər artıq yaşayış icazəsi almış şəxslərə təsir etməyəcək.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
20
1
azvision.az

2Mənbələr