Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 15-ci tur başa çatacaq.
Fanat.Az-ın məlumatına görə, son oyun günündə bir qarşılaşma reallaşacaq.
"Xilasedici" "Murov Az Terminal"ı qəbul edəcək. Fövqəladə Hallar Nazirliyinin (FHN) idman zalındakı oyun saat 16:00-da start götürəcək.
Qeyd edək ki, XV turda daha əvvəl "Ordu" "Gənclər"i 3:0, "Neftçi" "Azərreyl"i 3:2 hesabı ilə üstələyib.