AZ

“Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirildi

BAKI, 28 fevral. TELEQRAF

Fevralın 28-də “Baku Book Center”də Azərbaycan İdman Akademiyasının (ASA) Fizioterapiya təhsil proqramı üzrəməsul şəxsi, Avstriyanın “Complex Core+” təşkilatının icraçı direktoru Roman Yahodanın hazırladığı “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib.

Teleqraf xəbər verir ki, təqdimat mərasimində gənclər və idman naziri Fərid Qayıbov, səhiyyə naziri Teymur Musayev, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, ASA-nınrektoru Fuad Hacıyev, bir sıra dövlət qurumlarının məsul şəxsləri, hərbçilər, qazilər, Akademiyanın əməkdaşları, idman mütəxəssisləri və digər qonaqlar iştirak ediblər.

Çıxışlarda bildirilib ki, çox qürurverici haldır ki, bu kitabda öz əksini tapmış kompleks reabilitasiya və bərpa məşq hərəkətləri əsasında və Böyük Britaniyanın UCL Universitetinin protokollarına istinadən, həmin universitetin professoru, Akademiyanın magistr proqramının rəhbəri Mayk Luzmorun rəhbərliyi altında, ASA-nın idman tibbi tədqiqatları laboratoriyasının əməkdaşlarının, “İdman tibbi və reablitasiya” magistr proqramının məzunlarının iştirakı və bu kitabın müəllifi, Avstriyanın ComplexCore təşkilatının rəhbəri, Akademiyanın “Fizioterapiya” proqramının məsul şəxsi Roman Yahodanın heyətinin (komandasının) dəstəyi ilə hərbi qulluqçuların və qazilərin reabilitasiyası, həmçinin milli yığma komandaların idmançılarının funksional diaqnostikası və tibbi-bioloji müşaiyəti həyata keçirilib.

Müharibə və post-müharibə dövründə reabilitasiyadan keçən 110 hərbi qulluqçunun 75%-i sağlamlığı bərpa olunduqdan sonra yenidən ordu sıralarına qayıdıb.

İdman tibbi tədqiqatları laboratoriyasında müxtəlif idman növləri üzrə milli federasiyaların və klubların ümumilikdə 500-dən çox idmançısının funksional diaqnostikası və tibbi-bioloji müşaiyəti həyata keçirilib.

ASA və “ComplexCore” təşkilatının birgə layihəsi olan bu kitab ölkəmizdə bu sahə üzrə çap edilmiş ilk tədris vəsaitidir. Kitabın reabilitasiya, idman məşqi, fiziki hərəkətlər mövzusunda məzmuna uyğun foto çəkilişləri tələbələrin iştirakı ilə MediaLab-da, tərtibatı isə idman jurnalistikası magistrlərinin vasitəsilə İdman Akademiyasında aparılıb. Çox mühüm bir faktdır ki, kitab tələbələr üçün dərs vəsaiti olmaqla yanaşı, həm də fizioterapistlər, məşqçilər, fitnes mütəxəssisləri üçün gündəlik iş fəaliyyətlərində istifadə edə biləcək bir bələdçi olacaq.

Daha sonra müəllif oxucular üçün kitabları imzalayıb, onların suallarını cavablandırıb.

Sonda xatirə fotosu çəkdirilib.

Seçilən
13
1
teleqraf.com

5Mənbələr