İspaniya La Liqasında fevral ayının ən yaxşı oyunçusu müəyyənləşib.
Sportal.az xəbər verir ki, "Vilyarreal"ın hücumçusu Jorj Mikautadze ötən ayın ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Gürcüstan millisinin üzvü azarkeşlər arasında keçirilən sorğuda hamını qabaqlayıb.
Qeyd edək ki, Jorj Mikautadze fevralda La Liqada meydana çıxdığı 4 matçda 3 qol vurub, 1 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi