AZ

Bilmək istəyirəm

Şamaxıda fevralın 27-də baş verən və maqnitudası 4.7 olan zəlzələdən sonra afterşoklar davam edir.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Elektron Xidmətlər şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.

"Həmin zəlzələdən sonra maqnitudası 3-dən yuxarı olan 7 zəlzələ qeydə alınıb. Onlardan ən böyüyünün maqnitudası 3.8 olub. Bu gün baş verən beş zəlzələdən üçü episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub. Hazırda xırda təkanlar da davam edir", - deyə V.Rafiqqızı bildirib.

Xatırladaq ki, fevralın 27-də Pirqulu seysmoloji stansiyasından 23 kilometr cənub-qərbdə - Şamaxı rayonunda zəlzələ baş verib.

Maqnitudası 4,7 olan zəlzələ yerli vaxtla saat 15:52-də qeydə alınıb.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, ocağının dərinliyi 13 kilometr olan yeraltı təkanlar episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4-3 bal gücündə hiss olunub.

Seçilən
12
azerbaijan-news.az

1Mənbələr