AZ

Öz övladı bildiyi uşağın atası olmadığını öyrənən şəxs nə etməlidir? – Qərar

Bakı. Trend:

Ali Məhkəmə ailə-hüquq münasibətlərindən irəli gələn şəxsiyyəthüquqlarının pozulması və bu pozuntudan yaranan mənəvi zərərinödənilməsi ilə bağlı hallara dair izah verib.

Trend xəbərverir ki, “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” 24 dekabr2025-ci il tarixli Plenum Qərarında ailə-hüquq münasibətlərindənirəli gələn şəxsiyyət hüquqlarının xüsusi növü kimi ər-arvadınşəxsiyyət hüquqlarının mahiyyəti və bu hüquqlara müdaxiləni qadağanedən hallar aydınlaşdırılıb.

Bildirilib ki, atalığı mübahisələndirən şəxsin öz övladı kimiqəbul etdiyi, qayğı göstərdiyi, böyüməsində, təhsilində vətərbiyəsində iştirak etdiyi uşağın bioloji atası olmaması faktınınmüəyyən edilməsi, həmin şəxsin valideynik hüquqlarını pozmaqlayanaşı, işin hallarından asılı olaraq atanın şərəf və ləyaqətininalçaldılmasına da səbəb ola bilər.

Atalığa dair mübahisə açmaq hüququndan sui-istifadə, bu tələbinqərəzli olaraq qaldırılması, habelə vicdansızcasına açıq-aşkarəsassız iddianın verilməsi isə işin hallarından asılı olaraqarvadın şərəf və ləyaqətinin alçaldılmasına, habelə digər şəxsiyyəthüquqlarının pozulmasına səbəb ola bilər.

Qeyd edək ki, cinayət işi açılıb açılmamasından asılı olmayaraqsirr təşkil edən məlumatların yayılmasına görə tərəf mülki qaydadatələb irəli sürə bilər.

Sirr hesab edilməsə də, tərəfin razılığı olmadan yayılanməlumatlarla bağlı cinayət məsuliyyəti yaranmır, lakin tərəf mülkiqaydada iddia qaldıra bilər.

İddia şəxsiyyət hüququnun müdafiəsi və mənəvi zərərlə bağlıqaldırılır.

“Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Ali MəhkəməPlenumunun Qərarı yalnız mülki qaydada vahid məhkəmə təcrübəsinintənzimlənməsi üçündür. Orada yazılan hüquqazidd əməllər, qadağalarvə məsuliyyət mülkidir.

Seçilən
13
1
az.trend.az

2Mənbələr