AZ

Klubu ilə yenidən anlaşdı

Ueston Makkenni hazırkı komandasında daha çox oynamaq şansına malikdi.

"Football-plus.az" xəbər verir ki, “Yuventus” rəhbərliyi yarımmüdafiəçi ilə müqavilənin müddətini uzatmağa hazırlaşır.

İnsayder Fabritsio Romanonun yaydığı məlumata görə, tərəflər arasında razılıq əldə olunub və hazırda proses yekunlaşmaq üzrədi. Yeni müqavilənin müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub. Klub rəhbərliyinin 27 yaşlı oyunçuya mövsümə təxminən 4 milyon avro maaş təklif etdiyi bildirilir.

Makkenni cari mövsümdə “Yuventus”un heyətində 36 matçda meydana çıxıb, komandaya 7 qol və 7 məhsuldar ötürmə ilə faydalı olub.

Seçilən
25
1
football-plus.az

2Mənbələr