AZ

Fransa çempionatında VAR la bağlı yenilik

ain.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

LFP Media şirkətinin baş direktoru Nikolas de Taverno VAR qərarlarının stadionlarda və televiziya izləyiciləri üçün səsli elanlarının tətbiqi planlarını açıqlayıb. Sport24.az xəbər verir ki, o, bu barədə "L'Equipe" qəzetinə verdiyi müsahibədə danışıb.

Testlərin bu mövsümün sonuna qədər keçirilməsi gözlənilir. İdarə Heyətinin bu yeniliyi aprelin ortalarında təsdiqləyəcəyi gözlənilir.

Funksoner onu da bildirib ki, Liqa 1-də VAR sistemi 3,7 milyon avroya başa gəlir, əlavə 1,4 milyon avro isə qapı xətti texnologiyasına xərclənir.

De Taverno büdcə məhdudiyyətləri səbəbindən Fransanın ikinci divizionunda videotəkrar sisteminin tətbiqinin gələn mövsüm üçün də gözlənilmədiyini vurğulayıb.  

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
sport24.az

1Mənbələr