AZ

Yevlaxda 5 kiloqram narkotik vasitə aşkarlandı

Bakı. Trend:

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirnəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəlibilinən, əvvəllər məhkum olunmuș Savalan Quliyev saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, ondan satış məqsədi iləəldə etdiyi 5 kiloqram 200 qram marixuana, metamfetamin, metadonhəbləri və elektron tərəzilər aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, S.Quliyev barəsində həbsqətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, cari il ərzində Yevlaxda polis əməkdaşlarıtərəfindən 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədənçıxarılıb.

Seçilən
71
23
az.trend.az

10Mənbələr