AZ

Fənərbaxça nın kapitanını 17, Qalatasaray ın futbolçusunu isə 13 il həbs gözləyir

ain.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

Türkiyə Super Liqasının iki oyunçusu matçlara mərc etdiklərinə görə həbs cəzası ilə üzləşə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Sabah" qəzeti məlumat yayıb.

Şübhəlilər arasında "Fənərbaxça"nın kapitanı Mert Hakan Candaş və "Qalatasaray"ın oyunçusu Metehan Baltacıdır.

"Fənərbaxça"nın oyunçusu 17, "Qalatasaray"ın futbolçusu isə 13 ilə qədər həbs oluna bilər. 

Müstəntiqlər Baltacının 2021-ci ilin mart ayında "Qalatasaray"-"Rizespor" və həmin ilin aprelində "Qalatasaray"-"Göztəpə" matçlarına mərc etdiyini aşkar ediblər. O, bu matçlarda əsas heyətdə yer almasa da, ehtiyat oyunçular skamyasında olub. O, bukmekerlərə peşəkar futbolçu olduğunu bildirmədən, adi istifadəçi kimi oyunlara pul qoyuluşu edib. 

Qeyd edək ki, keçən il Türkiyə Futbol Federasiyasının (TFF) rəhbəri İbrahim Hacıosmanoğlu futbol matçlarına mərc etdiklərinə görə 149 hakimin futboldan uzaqlaşdırldığını elan etmişdi. Daha sonra məlum oldu ki, 1024 oyunçu da mərc etməkdə şübhəli bilinir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
sport24.az

1Mənbələr