AZ

Cəlal qolu vuranı əvəzlədi, “Arda” qələbə əldə etdi

Millimizin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi "Arda" Bolqarıstan çempionatında 23-cü turun oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda öz meydanında “Spartak Varna”nı qəbul edib.

Matç Cəlalın komandasının qələbəsi ilə yekunlaşıb - 1:0. Görüşün taleyini həll edən yeganə qolu 56-cı dəqiqədə Antonio Vutov vurub.

Matça ehtiyat oyunçular skamyasından başlayan Hüseynov 74-cü dəqiqədə məhz Vutovun əvəzinə meydana çıxıb.

Bu qələbədən sonra xallarının sayını 31-ə çatdıran “Arda” turnir cədvəlində 7-ci pilləyə yüksəlib.

Seçilən
20
sportinfo.az

1Mənbələr