AZ

Basketbol millimiz səfərdə İrlandiyaya qalib gəldi – ARENA.AZ

Kişilərdən ibarət basketbol üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, Tahir Baxşıyevin rəhbərlik etdiyi komandamız Dublində İrlandiya yığmasının qonağı olub.

Qarşılaşma “National Basketball Arena”da keçirilib. Gərgin mübarizə şəraiitndə keçmiş oyun millimizin qələbəsi ilə yekunlaşıb. Belə ki, komandamız yekunda bu rəqibinə 76:75 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, Azərbaycan millisi daha əvvəl Şimali Makedoniya (49:87) və Lüksemburq (90:95) yığmalarına məğlub olmuşdu. Komandamız qrupda 4 xalla üçüncü pillədə qərarlaşıb.

Basketbol yığmamız qrupdakı növbəti oyununu Şimali Makedoniya yığmasına qarşı keçirəcək. Martın 2-də Bakı İdman Sarayında baş tutacaq bu görüşə saat 20:00-da start veriləcək.

Millimizin yer aldığı A qrupunda 3 turdan sonrakı vəziyyət belədir:

  1. Şimali Makedoniya – 6
  2. Lüksemburq – 5
  3. Azərbaycan – 4
  4. İrlandiya – 3
Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
39
9
arena.az

10Mənbələr