AZ

Uzun ömür üçün qida rasionunda nələr dəyişməlidir?

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Uzunömürlülük üzrə mütəxəssis Den Byuttner uzunömürlülük şansını azaltdığı üçün bir qidanın istehlakını minimuma endirməyə çağırıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “El Confidencial” nəşri məlumat verib.

Mütəxəssisin sözlərinə görə, sağlam yaşlanma ilə bağlı tədqiqatlarda ən çox yayılmış tövsiyələrdən biri ət istehlakının azaldılmasıdır. O qeyd edib ki, uzunömürlülərin konsentrasiyasının yüksək olduğu “mavi zonalar” adlanan ərazilərdə yaşayan insanlar bu qidanı rasionlarından tamamilə çıxarmırlar, lakin həftədə ancaq bir dəfə yeyirlər.

Ekspert vurğulayıb ki, beləliklə, uzunömürlü olmaq üçün vegetarianlığa keçməyə ehtiyac yoxdur. Lakin bitki mənşəli zülal prioritet olmalıdır ki, bu da məsələn, mərcimək və noxudun tərkibində mövcuddur.

Byuttner sağlamlıq üçün digər qidalar arasında, həmçinin qoz-fındıq, tərəvəz və taxılın adını çəkib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
oxu.az

1Mənbələr