AZ

Stəkanları başı aşağı qoymaq olmazmış Səbəb

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mətbəxdə illərdir doğru bildiyimiz vərdişlərin əslində qab-qacağın ömrünü qısaldırmış. Çoxumuz yuyulmuş təmiz stəkanları şkafa ağzıaşağı düzməyin onları tozdan qoruduğunu düşünsək də, reallıq tamamilə başqadır. Bu sadə görünən hərəkət həm stəkanların tez sınmasına, həm də daxilində görünməz təhlükələrin yaranmasına səbəb olur.Demokrat.az xəbər verir ki, təmizlik və mətbəx ləvazimatlarının istifadə qaydaları ilə bağlı aparılan son araşdırmalar göstərir ki, stəkanları tərs düzmək gigiyenik baxımdan risk daşıyır. Ekspertlər bu vərdişin həm materialın dözümlülüyünə mənfi təsir etdiyini, həm də infeksiya mənbəyi ola biləcəyini vurğulayırlar. Məlum olub ki, stəkanın ağız hissəsi rəfə tam təmas etdikdə daxildə hava dövranı kəsilir. Bu isə rütubətin yığılmasına və zamanla stəkanın içində xoşagəlməz qoxunun yaranmasına zəmin hazırlayır.Məsələnin digər tərəfi isə mexaniki zədələrlə bağlıdır. Şüşə stəkanların ən həssas və zərif hissəsi məhz onların ağız kənarlarıdır. Bütün ağırlığın bu nazik xəttin üzərinə düşməsi mikroskopik çatların yaranmasına gətirib çıxarır ki, bu da məhsulun istifadə müddətini ciddi şəkildə azaldır. Üstəlik, mətbəx rəflərinin səthi çox vaxt stəkanların içi qədər tez-tez dezenfektə edilmir. Stəkanın içilən hissəsinin birbaşa rəfə qoyulması toz və digər qalıqların birbaşa orqanizmimizə daxil olması deməkdir.Mətbəx işləri üzrə peşəkarlar çıxış yolunu stəkanların həmişə ağzıyuxarı vəziyyətdə saxlanılmasında görürlər. Bu üsulla stəkanın çəkisi onun ən dözümlü hissəsi olan dabanına düşür. Eyni zamanda qabın daxili hissəsi daim hava aldığı üçün daha steril qalır. Bu kiçik dəyişiklik mətbəxdə həm daha uzunmüddətli istifadəni, həm də sağlam mühiti təmin edir.Aytən

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
demokrat.az

1Mənbələr