AZ

Qazaxıstan və Serbiya liderləri Astanada ikitərəfli strateji tərəfdaşlığın inkişafını müzakirə ediblər -VİDEO

Qazaxıstan və Serbiya prezidentləri Kasım-Jomart Tokayev və Aleksandar Vuçiç cümə günü Astanada məhdud tərkibdə danışıqlar aparıblar.

 

Senzor.az-ın yerli KİV-ə istinadən məlumatına görə, görüş zamanı Tokayev qeyd edib ki, Qazaxıstan Serbiyanı Avropada mühüm strateji tərəfdaşı hesab edir. O, xüsusilə iqtisadi, humanitar və mədəni sahələrdə ikitərəfli əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb.

 

Qazaxıstan dövlət başçısı ticarət əlaqələrinin inkişafına, Astana ilə Belqrad arasında birbaşa aviareysin açılmasına, habelə Qazaxıstanda 60-dan çox Serbiya şirkətinin uğurla fəaliyyət göstərdiyinə diqqət çəkib.

 

Onun sözlərinə görə, iki ölkənin əsas beynəlxalq məsələlərə yanaşmalarının oxşar olması gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradır.

 

Öz növbəsində, Aleksandar Vuçiç Qazaxıstan-Serbiya münasibətlərinin strateji xarakter daşıdığını bəyan edib.

 

O, süni intellekt, informasiya texnologiyaları və energetika sahələrində əməkdaşlığın genişləndirilməsinin ikitərəfli tərəfdaşlığa əlavə təkan verəcəyinə əminliyini bildirib. Vuçiç, həmçinin Qazaxıstan Prezidentini Serbiyaya rəsmi səfərə dəvət edib.

 



Seçilən
16
1
senzor.az

2Mənbələr