AZ

Boliviyada pul daşıyan təyyarə qəzaya uğrayıb, 15 nəfər ölüb

Boliviyanın El-Alto şəhərində Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin magistral yola düşməsi nəticəsində azı 15 nəfər həlak olub, 12 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə "Unitel" telekanalı məlumat yayıb.

Qəza nəticəsində ekipaj üzvlərinin hamısı həyatını itirib. Hadisə yerində həkimlər və xilasedicilər işlərini davam etdirirlər.

"C-130 Hercules" tipli təyyarə yerə düşərkən bir neçə avtomobillə toqquşub. İlkin məlumata görə, hava gəmisi Boliviyanın Mərkəzi Bankının sifarişi ilə pul vəsaiti daşıyırmış.

Qəza yerinin ətrafına toplaşan çoxsaylı insanlar ətrafa səpələnmiş əskinasları toplamağa çalışıblar.

Hadisənin səbəbləri araşdırılır.

Seçilən
75
3
apa.az

5Mənbələr