AZ

Oman XİN rəhbəri İran–ABŞ danışıqlarının müsbət nəticələrini açıqlayıb

Omanın xarici işlər naziri Bədr əl-Busaidi İran və ABŞ arasında nüvə məsələsi üzrə aparılan dolayı danışıqların “müsbət nəticələri” barədə Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin XİN rəhbərlərini məlumatlandırıb.

APA xəbər verir ki, bu barədə Oman Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Məlumata görə, əl-Busaidi Qətərin Baş naziri və XİN rəhbəri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani, BƏƏ-nin vitse-premyeri və xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan, Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud, eləcə də Küveyt və Bəhreynli həmkarları ilə telefon danışığı aparıb.

O, tərəfləri İran və ABŞ arasında keçirilən dolayı danışıqlarda əldə olunan “ən diqqətçəkən müsbət nəticələr” barədə məlumatlandırıb və dialoqun dinamikasının qorunmasının, eləcə də regionda gərginliyin azaldılması və təhlükəsizliyin möhkəmləndirilməsi məqsədilə diplomatik səylərin dəstəklənməsinin vacibliyini vurğulayıb.

Bundan əlavə, tərəflər iqtisadi əməkdaşlığın inkişafı və təhlükəsizliyin təmin edilməsi üçün “yeni regional dialoq mexanizmi”nin yaradılması imkanlarını da müzakirə ediblər.

Seçilən
23
apa.az

1Mənbələr