İspaniya çempionatının 26-cı turu “Levante” və “Alaves” komandaları arasında keçirilən oyunla başlayıb.
İdman.Biz-in məlumatına görə, matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
89-cu dəqiqədə Karlos Espi başla zərbədən sonra hesabı açıb. 90+7-ci dəqiqədə o, uzaq məsafədən zərbə ilə ikinci qolunu vuraraq hesabı 2:0 edib.
“Levante” dörd oyunluq məğlubiyyət seriyasına son qoysa da, turnir cədvəlində sonuncudan sonra ikinci yerdədir. “Alaves” 14-cü yerdədir.