AZ

63 yaşlı Demi Mur dəri şalvar və lonqslivdə moda nümayişinə qatıldı » AzadMedia.az


Aktrisa Demi Mur Milanda keçirilən Gucci nümayişində iştirak edib. Bu barədə Page Six nəşri məlumat yayıb.
63 yaşlı Demi Mur tədbirdə dəri şalvar və zəncirbəndli lonqslivdə (uzunqol kofta) poza verib. Onun obrazını iti uclu ayaqqabılar, çanta və eynək tamamlayıb. Aktrisaya "islanmış saç" effekti verən düzüm və makiyaj edilib. O, əlində ev heyvanını tutub.
Yanvarın 9-da Demi Mur Los-Ancelesdə baş tutan Women's Wear Daily's mükafatlandırma mərasiminin qonağı olub. Aktrisa fotoqraflar önünə daş-qaşlarla bəzədilmiş qara şəffaf maksi libasda çıxıb. Sənətçi obrazını boyunbağı, sırğalar, klatç və üzüklə tamamlayıb. Məşhurun saçları düzümlənib, çəhrayı göz kölgələri, ənlik və pomadadan istifadə edilərək makiyajı tamamlanıb.
Bundan əvvəl Demi Mur Glamour jurnalının buraxılışının qəhrəmanı olmuşdu. Üz qabığında Hollivud aktrisası alt paltarının üzərindən geyindiyi qara karkaslı donda təsvir edilib. Sənətçi görünüşünə iri brilyant sırğalar və hündür platformalı ayaqqabılar əlavə edib.
Seçilən
12
1
azadmedia.az

2Mənbələr