AZ

Dünyanın ən kiçik QR kodu yaradıldı

Vyana Texniki universitetinin tədqiqatçıları dünyanın ən kiçik QR kodunu yaradıblar. Metbuat.az xəbər verir ki, tədqiqatçılar QR kodu məlumat saxlama şirkəti “Cerabyte” ilə əməkdaşlıq çərçivəsində yaradıblar. Cəmi 1,98 kvadrat mikrometr sahəni əhatə edən bu kod əksər bakteriyalardan daha kiçikdir və yalnız elektron mikroskopunun köməyi ilə görülə bilər. Ənənəvi maqnit və elektron saxlama cihazları bir neçə il ərzində sıradan çıxmağa meylli olsa da, bu layihə daha çox qala bilər. Kodun hər pikselinin eni cəmi 49 nanometrdir. Bu, görünən işığın dalğa uzunluğundan təxminən on dəfə kiçikdir. QR kodu fokuslanmış ion şüaları istifadə edərək keramika təbəqəsinə həkk olunub.

Bu texnologiya ilə nəzəri olaraq bir A4 kağız vərəqi ölçüsündəki sahəyə 2 terabaytdan çox məlumat sığışdırmaq mümkündür.

Seçilən
22
metbuat.az

1Mənbələr