Bu qış “Kəpəz”dən ayrılan Pedro Qomeşin yeni klubu müəyyənləşib.
İdmanxeber.az xəbər verir ki, 22 yaşlı portuqaliyalı müdafiəçi karyerasını İspaniyada davam etdirəcək. Mövsümün əvvəlində “Boavişta”dan “Kəpəz”ə transfer olunan futbolçu “Valensiya” ilə 2 illik müqavilə imzalayıb.
Qomeş La Liqa təmsilçisinin B komandasında çıxış edəcək. “Valensiya”nın ikinci komandası hazırda Sequndanın 3-cü qrupunda (4-cü liqa səviyyəsi) mübarizə aparır.