AZ

Google yeni nəsil Nano Banana 2 modelini təqdim etdi

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Texnologiya nəhəngi Google təsvirlərin emalı sahəsində növbəti addımını ataraq "Nano Banana 2" neyroşəbəkəsini istifadəyə verib. Şirkət bu yeniliyi vizual məzmunun yaradılmasında ən müasir və qabaqcıl model kimi xarakterizə edir.Demokrat.az xəbər verir ki, yeni nəsil model istifadəçilərə əvvəllər yalnız Nano Banana Pro versiyasında olan geniş funksiyalardan yararlanmaq imkanı verir. Buraya Gemini neyroşəbəkəsinin biliklər bazasından və real vaxt rejimində veb-axtarış məlumatlarından istifadə daxildir. Nano Banana 2 xüsusilə marketinq maketləri və təbrik kartları üçün yüksək dəqiqlikli, oxunaqlı mətnlər hazırlamaq qabiliyyəti ilə seçilir.Texniki imkanlar baxımından model bir iş prosesi çərçivəsində 14 fərqli obyekti eyni üslubda saxlaya bilir. Bu funksiya vizual hekayələr və kadrlar hazırlayarkən ilkin obrazın xarici görünüşünün dəyişməməsini təmin edir. İstifadəçilər artıq neyroşəbəkə vasitəsilə 4K keyfiyyətində şəkillər generasiya edə biləcəklər.Google rəsmiləri Nano Banana 2 modelinin yaxın vaxtlarda şirkətin bütün ekosisteminə və servislərinə inteqrasiya olunacağını bildiriblər. Süni intellekt bazarındakı bu inkişaf kadr potensialına olan tələbatı da artırır. Son statistik məlumatlar göstərir ki, iri şirkətlər ML və AI mühəndisləri ilə yanaşı, artıq neyrokreator və süni intellekt fasilitatoru kimi yeni ixtisas sahiblərinə də ciddi maraq göstərirlər.İsmayıl

Demokrat.az Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
demokrat.az

1Mənbələr