AZ

Xərçəng xəstələri üçün böyük ümid: Artıq əməliyyata ehtiyac qalmaya bilər

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Tibb dünyasında inqilab sayılan "likit biopsiya" üsulu xərçəngin genetik izlərini sadə qan nümunəsi ilə aşkarlayır. Klassik toxuma biopsiyasına alternativ olaraq hazırlanan bu metod xəstəliyin erkən əlamətlərini müəyyən etməkdən müalicəyə qarşı yaranan müqaviməti izləməyə qədər geniş imkanlar vəd edir. Onkoloji sahə üzrə ekspertlər Leyla Özer və Levent Emirzeoğlu bu yeni texnologiyanın tətbiq sahələrini və üstünlüklərini açıqlayıblar.Demokrat.az xəbər verir ki, likit biopsiya xüsusi sınaq şüşələrinə alınan qan nümunəsinin laboratoriyada yüksək texnologiyalı üsullarla analiz edilməsidir. Qanda dövr edən xərçəng hüceyrələri və ya şişə aid DNT hissəcikləri bu testlərlə yüksək dəqiqliklə tapılır. Metodun ən böyük üstünlüyü cərrahi müdaxiləyə ehtiyac qalmamasıdır. Əməliyyat və ya iynə ilə toxuma götürmək lazım olmadığı üçün prosedur xəstələr üçün daha rahat və təhlükəsizdir.Ekspert Leyla Özer qeyd edir ki, şiş hüceyrələri müalicələrə qarşı sağ qalmaq üçün müxtəlif müqavimət mexanizmləri inkişaf etdirir. Bu səbəbdən diaqnoz anında toxuma biopsiyası ilə müəyyən edilən bəzi xüsusiyyətlər müalicə müddətində dəyişə bilər. Şişin bədənin müxtəlif yerlərində fərqli molekulyar xüsusiyyətlərə sahib ola biləcəyini nəzərə alsaq, qana qarışan hüceyrələrdəki dəyişiklikləri izləmək daha dəqiq məlumat verir.Bu üsul xüsusilə hədəfəyönümlü dərmanların istifadə edildiyi xəstələrdə yeni yaranan mutasiyaları erkən aşkar etməyə imkan verir. Nəticədə xəstəlik irəliləmədən daha təsirli müalicə seçimlərinə keçmək mümkün olur. Əməliyyatdan sonra qanda cüzi DNT artışı aşkar edilərsə, xərçəngin yenidən qayıtması görüntüləmə cihazlarından aylar əvvəl müəyyən edilə bilir.Ekspert Levent Emirzeoğlunun sözlərinə görə klassik biopsiya infeksiya, ağrı və qanaxma riski daşısa da, likit biopsiya xəstəyə əlavə yük gətirmir. Qan nümunəsində toplanan məlumatlar bədənin fərqli yerlərindəki metastazları da əhatə etdiyi üçün şiş yükü bütövlükdə görünür. Bu səbəbdən yeni metod gələcəyin onkologiya standartı kimi qiymətləndirilir.Həmçinin oxu:

26 milyon dolları yerə səpdi — Kim nə qədər götürə bilirsə, götürsün (FOTO)

Həyatınızdakı böyük dəyişiklik üçün gerisayım başladı — Mart uğur dolu gəlir

Qiyabi təhsil alan oğlanlara şad xəbərHazırda bu üsul ən aktiv şəkildə ağciyər, döş, kolon və prostat xərçənginin müalicəsində istifadə olunur. Toxuma biopsiyası riskli olan xəstələrə və ya nümunə götürməyin çətin olduğu hallarda likit biopsiya əvəzolunmaz çıxış yoludur. Kütləvi rutin yoxlama testi kimi tətbiqi hələ inkişaf mərhələsində olsa da, fərdi müalicə planının qurulmasında həlledici rol oynayır.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
demokrat.az

1Mənbələr