AZ

“Təqaüdçü və ya tələbə üçün tətbiq olunan güzəştin əvəzi müvafiq dövlət qurumu tərəfindən ödənilə bilər”

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Milli Məclisdə ictimai nəqliyyatda təqaüdçülərə, əlilliyi olan şəxslərə və tələbələrə güzəştlərin tətbiqi məsələsi müzakirə olunub. Bu, sosial ədalət və vətəndaşların rahat hərəkət imkanlarının artırılması baxımından vacib hesab olunur.Güzəştlərin tətbiqi dövlət büdcəsinə necə təsir edə bilər?Sosial ədalət və iqtisadi səmərəlilik baxımından bu cür güzəştlərin tarazlığı necə təmin edilməlidir?

İqtisadçı ekspert Eldəniz Əmirov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu məsələnin həm də mənəvi tərəfləri var: “Ümumiyyətlə, ictimai nəqliyyatda müəyyən kateqoriyalara güzəştlərin tətbiqi çox önəmlidir. Burada məsələ yalnız maddi tərəflə məhdudlaşmır, həm də mənəvi tərəfləri var. Həssas qrupların dəstəklənməsi cəmiyyətin bütün istiqamətlərində hiss olunmalıdır”.

Eldəniz Əmirov

“Əsas sual budur: bu güzəştlər hansı formada və hansı mexanizm əsasında maliyyələşdiriləcək? Çünki bu yük birbaşa sərnişindaşıma ilə məşğul olan şirkətlərin üzərinə qoyulmur. Əgər hər hansı kateqoriyaya güzəşt tətbiq edilirsə, bu güzəştin dəyəri müəyyən mənbədən qarşılanmalıdır. Məsələn, təqaüdçü və ya tələbə üçün tətbiq olunan güzəştin əvəzi müvafiq dövlət qurumu tərəfindən ödənilə bilər. Yəni sərnişini daşıyan şirkət həmin şəxsi pulsuz və ya güzəştli daşıyır, lakin onun dəyəri başqa istiqamətdən kompensasiya olunur.

Burada əsas sual yaranır: kim ödəyəcək və hansı formada ödəyəcək? Bu mexanizmlər aydın və şəffaf şəkildə hazırlanmalıdır. Düşünürəm ki, ən azı müəyyən kateqoriyalardan başlanılması vacibdir.

İctimai nəqliyyatda güzəştlərin tətbiqi ölkədə həyata keçirilən sosial siyasətin mühüm istiqamətlərindən birinə çevrilməlidir”-deyə Eldəniz Əmirov qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
bizimyol.info

1Mənbələr