AZ

8 müharibəni bitirdiyini deyən Tramp: 9 cusunu bitirə biləcəkmi?

ain.az, Cebheinfo saytına istinadən bildirir.

Dünyada sayı artmaqda olan hərbi toqquşmalara daha bir müharibə əlavə olundu.

Bütün diqqətlər ABŞ-İran qarşıdurmasına yönəldiyindən Əfqanıstanla Pakistan arasında müharibənin baş verməsi gözlənilməz hadisə kimi qiymətləndirilir.

Ötən il Pakistan və Əfqanıstandakı “Taliban” hakimiyyəti bir-birinə iki dəfə hərbi zərbələr endirsə də, bu genişmiqyaslı müharibəyə çevrilməmişdi.

İndi isə tərəflər rəsmən qarşılıqlı şəkildə müharibəyə başladıqlarını elan ediblər. Son bir ildə ABŞ Prezidenti Donald Tramp dünyada mövcud olan müharibələrin dayandırılması təşəbbüsü ilə çıxış etdiyindən onun Pakistan-Əfqanıstan münaqişəsinə son qoymaq üçün diplomatik səylər göstərəcəyi istisna edilmir.

Bu baxımdan, dünyada 8 münaqişənin qarşısını aldığını deyən Trampın Pakistan və Əfqanıstan arasında sülhə nə qədər nail ola biləcəyi sualı meydana çıxır. 

Beynəlxalq münasibətlər üzrə ekspert Aytən Qurbanova “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, hazırda ABŞ-nin təşəbbüsləri ilk növbədə, atəşkəsin əldə edilməsinə yönəlməlidir:

“Bu, bölgədə sabitliyin təmin olunması istiqamətində mühüm addım ola bilər. Orta Şərqin yeni təhlükəsizlik arxitekturası formalaşdırılır. Suriyada yeni keçid hökuməti qurulur, Pakistanla Hindistan arasında atəşkəsə nail olundu, Qəzzada “Sülh Şurası” yaradıldı.

Bu kontekstdə, yeni bir münaqişə ocağının baş verməsi Tramp administrasiyasının Orta Şərq siyasətinə uyğun gəlmir. Hesab edirəm ki, ABŞ Prezidenti bütün vasitəsçilik missiyalarından istifadə edərək Əfqanıstan və Pakistan arasında qarşıdurmada atəşkəsə nail ola bilər”.

Politoloq bildirdi ki, ABŞ-nin mövcud gərginliyi səngitmək üçün “Taliban”la anlaşmaq imkanları var:

“ABŞ Əfqanıstanı tərk edərkən bütün hərbi arsenalını çıxartmadan “Taliban”a təhvil verdi. Fikrimcə, “Taliban”la aparılacaq gizli danışıqlar Pakistanla atəşkəsin əldə edilməsində mühüm rol oynaya bilər.

Ümumiyyətlə, biz “Taliban”a qarşı sərt qaydaların tətbiq edilmədiyini, beynəlxalq platformalarda “Taliban”ın Əfqanıstanın rəsmi təmsilçisi kimi çıxış etdiyini görürük. Bunlar kifayət qədər önəmli mesajlardır. Qeyd edilən səbəbdən, ABŞ-nin “Taliban”a təsir mexanizmlərinin tamamilə bloklandığını deyə bilmərik”.

Müşfiq Abdulla 

“Cebheinfo.az”

Açar sözlər:

Tramp Aytən Qurbanova

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
cebheinfo.az

2Mənbələr