AZ

Rublun taleyi ilə bağlı proqnoz: Dollar qarşısında...

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

"Sberbank"ın rəhbəri German Qref rublun 2026-cı ilin ikinci rübündən etibarən sürətlə dəyər itirməyə başlayacağını bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Qrefə görə, Rusiya Mərkəzi Bankının valyuta bazarındakı müdaxilələrinin həcmini azaltması və tədiyyə balansı profitsitinin kəskin şəkildə daralması rublun məzənnəsində aşağı doğru dönüşü qaçılmaz edir.

2025-ci ildə dollar qarşısında təxminən 45 % dəyər qazanan rubl üçün Qref bu səviyyələrin davamlı olmadığını vurğulayıb.

Qref xatırladıb ki, 2025-ci ildə 41 milyard dollar olan Rusiyanın tədiyyə balansı profitsitinin 2026-cı ildə 10 milyard dollar səviyyəsinə düşəcəyi gözlənilir.

Bu şəraitdə dolların məzənnəsinə görə 80 rubl civarında qalmasının nəzəriyyəyə, iqtisadi məntiqə və bazar praktikasına zidd olduğunu qeyd edib.

"Sberbank"ın rəsmi proqnozuna görə, 2026-cı ilin sonu üçün dolların məzənnəsi 85–90 rubl diapazonunda proqnozlaşdırılsa da, Qref şəxsi gözləntisinin 95 rubl ətrafında olduğunu, bəzi ssenarilərdə isə 100 rubla yaxınlaşa biləcəyini ifadə edib.

Maliyyə naziri Anton Siluanovun büdcə qaydasında neft üçün baza qiymətinin aşağı salınmasının gündəmdə olduğunu açıqlamasının da rubl üzərindəki təzyiqi artıra biləcəyi qeyd olunur. Belə bir addım Mərkəzi Bankın bazara çıxardığı valyuta miqdarını azaldacaq.

Qref xüsusilə "Urals" markalı neftin qiymətindəki endirimlər və aşağı neft gəlirləri nəzərə alındıqda, "güzgü əməliyyatları"nın zəifləməsi ilə birlikdə rublda kəskin dəyər itkisinin qaçılmaz olduğunu, dolların məzənnəsinin ilin sonuna doğru 95–100 diapazonuna yönəlməsinin güclü ehtimal olduğunu vurğulayıb.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
cebheinfo.az

2Mənbələr