AZ

Ərdoğan: Güclü Türkiyə üçün çalışmağa davam edəcəyik

ain.az, Ayna saytına istinadən bildirir.

"Birlikdə bir çox maneələri dəf etdik və bir çox arzuları gerçəkləşdirdik”

“Son illərdə Türkiyə müdafiə sənayesi, texnologiya və digər sektorlarda genişmiqyaslı transformasiyalar həyata keçirir”. AYNA.AZ xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gənclərə müraciətində deyib.  

Türkiyə lideri bildirib ki, gənclərin dəstəyi həmişə onun əsas motivasiya mənbəyi olub: "Təxminən yarım əsrlik siyasi həyatım boyunca mən həmişə gənclərlə yanaşı olmuşam və onlara böyük əhəmiyyət vermişəm. Sizin səmimi dəstəyiniz bizim ən böyük ilham mənbəyimizə çevrilib".

Ərdoğan xatırladıb ki, hakim Ədalət və İnkişaf Partiyası (AK Partiya) 14 avqust 2001-ci ildə qurulduğu gündən bəri gənclər həmişə onun yanında olublar: "Birlikdə bir çox maneələri dəf etdik və bir çox arzuları gerçəkləşdirdik. Türkiyəni sizinlə birlikdə bu günə gətirdik".

Türkiyə lideri qeyd edib ki, son illərdə Türkiyə digər ölkələrin maraqla izlədiyi genişmiqyaslı transformasiyalar həyata keçirir. Onun sözlərinə görə, müdafiə sənayesi, texnologiya və digər sektorlarda tarixi dəyişikliklər baş verir. 

"Gənclərin sülh və təhlükəsizlik içində yaşaya biləcəyi güclü bir Türkiyə üçün eyni həvəslə işləməyə davam edəcəyik", - deyə Ərdoğan bildirib.

Ərdoğan gənclərə müraciət edərək deyib ki, "Siz bu millətin gələcəyisiniz. Böyük və güclü bir Türkiyə sizin çiyinlərinizdə olacaq". 

O heç kimin gənclərə geyimlərinə və ya inanclarına görə diktə edə bilməyəcəyini vurğulayıb: "Türkiyə Cümhuriyyəti sizin evinizdir. Siz bu millətin əsl övladlarısınız”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
ayna.az

1Mənbələr