AZ

Şamaxıda qeydə alınan növbəti yeraltı təkanlar hiss edilməyib – YENİLƏNİB 2

Fevralın 27-də Şamaxı rayonunda növbəti yeraltı təkanlar olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, maqnitudası 3,3 olan zəlzələ yerli vaxtla saat 16:05-də qeydə alınıb.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 10 kilometr olub və hiss edilməyib.

16:41

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, fevralın 27-də yerli vaxtla saat 15:52-də Şamaxı rayonunda 4, 7 maqnituda zəlzələ qeydə alınıb.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.

Zəlzələ nəticəsində dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək nazirliyə məlumat daxil olmayıb.

16:11

Fevralın 27-də Pirqulu seysmoloji stansiyasından 23 kilometr cənub-qərbdə - Şamaxı rayonunda zəlzələ qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, maqnitudası 4,7 olan zəlzələ yerli vaxtla saat 15:52-də qeydə alınıb.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, ocağının dərinliyi 13 kilometr olan yeraltı təkanlar episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4-3 bal gücündə hiss olunub.

Seçilən
29
6
azerbaijan-news.az

10Mənbələr