Bakı. Trend:
Sərsəng su anbarında təmir və bərpa işlərinə başlanılır.
Trend-indövlət satınalmalarının vahid internet portalına istinadənməlumatına görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinintabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununlabağlı müvafiq işləri yekunlaşdırıb.
Belə ki, qurum su anbarında təmir və bərpa işlərini "Hidroİnşaat Servis" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib vəmüqavilə imzalayıb.
Müqaviləyə əsasən, sözügedən işlərin icrası 15,973 milyon manatabaşa gələcək.
Qeyd edək ki, bir müddət əvvəl Tikilməkdə Olan ObyektlərinMüdiriyyəti Sərsəng su anbarında təmir işləri ilə bağlı tenderelan etmişdi.
Sərsəng su anbarı Azərbaycanın ən bolsulu çaylarından olanTərtərçayın üzərində yerləşir. Ümumi həcmi 560 milyon kubmetr olansu anbarı Qarabağ iqtisadi rayonunun ən iri su hövzəsidir. Bəndinhündürlüyü 125, uzunluğu 555, eni isə 10,2 metrdir. Sərsəng suanbarı vasitəsilə Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Yevlax vəGoranboy rayonlarında, ümumilikdə 96 min hektardan çox ərazisuvarılır. Su anbarının bəndində ümumi gücü 50 meqavat olan suelektrik stansiyası tikilib.