AZ

Ermənistanda səs küylü boşanma: uşaqlar kimdə qalacaq? Cütlüyün FOTOLARI

ain.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Ermənistanın Baş naziri Nikol Paşinyanla həyat yoldaşı Anna Akopyan 30 illik evlilikdən sonra ayrılıblar. Cütlük bu müddətdə rəsmi deyil, vətəndaş nikahında yaşayıb.Ermənistan cəmiyyəti Paşinyan-Akopyan cütlüyünün boşanmasını müxtəlif prizmalardan müzakir edir. Bu müzakirələrdə səslənən suallardan da biri budur: uşaqlar kimdə qalacaq, onları necə böləcəklər?Hələ ki tərəflər bu suala cavab verməyiblər.Modern.az-ın erməni mənbələrinə istinadən verdiyi məlumata görə, Nikol Paşinyanla Anna Akopyan həm də tələbə yoldaşıdırlar. Onlar ilk dəfə 1991-ci ildə İrəvan Dövlət Universitetinin Filologiya fakültəsinin jurnalistika ixtisasında təhsil alarkən qarşılaşıblar.“İlk dəfə auditoriyaya daxil olanda belə bir ad eşitdim - Nikol Paşinyan. O zaman Nikol mətbuatda çalışırdı. Hamı ondan danışırdı: müəllimlər, dekanlar, tələbələr. Sonra birinci kurs tələbəsi kimi mənə vacib bir tapşırıq verildi: qəzetə məqalə yazmaq. Məhz o vaxt Nikolun işlədiyi redaksiyaya getdim. Nikol mənə ilk baxışdan aşiq oldu, mən də ona”, - Anna Akopyan müsahibələrinin birində deyib.Anna Akopyanın Nikol Paşinyandan 3 yaş kiçikdir, o, 1978-ci il, Baş nazir isə 1975-ci il təvəllüdlüdür.

Nikolla Anna həm də iş yoldaşı olublar. 1999-cu ildə Nikol Paşinyan gündəlik "Haykakan Jamanak" (“Ermənistan vaxtı”) qəzetini yaradıb, 2012-ci ilə qədər ona rəhbərlik edib. 2013-cü ildə baş redaktor vəzifəsini onun həyat yoldaşı Anna Akopyan tutub.

2018-ci ildə Anna Akopyan "Mənim addımım" və "Təbəssümlər şəhəri" xeyriyyə fondlarını təsis edib.

Anna ilə Nikolun izdivacından dörd uşaq dünyaya gəlib: oğlanları Aşot, qızları Mariam, Şuşanna və Arpine.Aşot 2018-ci ildə hərbi xidmətinin bir hissəsini Qarabağdakı qanunsuz erməni birləşmələrində keçib.Paşinyanla Akopyanın övladlarından heç biri hələ ailə qurmayıb.

A.Qorxmaz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
modern.az

1Mənbələr