AZ

Qəzəblənmiş fil keşişi qaldırıb yerə çırpdı

Hindistanın Kerala əyalətində keçirilən Valiyavilakku festivalı zamanı bir fil keşişə hücum edib. Hadisənin dəhşətli görüntüləri Britaniyanın “The Sun” qəzeti tərəfindən dərc edilib və aif.ru tərəfindən tərcümə edilib.

Parlaq rəngli bəzəklərlə bəzədilmiş fil kişinin ona minməsi üçün əvvəlcə oturb. Lakin heyvan daha sonra qəfildən yaxınlıqda dayanan kişini gövdəsi ilə tutub yerə bir neçə dəfə çırpıb. Zərərçəkən ağır vəziyyətdə xəstəxanaya aparılıb və həkimlər hazırda onun həyatı uğrunda mübarizə aparırlar.
Hadisədən dərhal sonra təşkilatçılar şənlikləri müvəqqəti olaraq dayandırıblar və növbəti hücumların qarşısını almaq üçün fil məbəd ərazisində qapalı saxlanılıb. Heyvanın davranışını qiymətləndirmək və onu məbəd ərazisindən təhlükəsiz şəkildə çıxarmaq üçün sürətli reaksiya qrupu da çağırılıb”, – deyə hesabatda bildirilir.

Nəşrin müəllifi vurğulayır ki, faciə ölkədə məbəd festivallarında əsir fillərin istifadəsi ilə bağlı müzakirələri yenidən alovlandırıb.
Daha əvvəl fillər Hindistanda iki körpə də daxil olmaqla bir ailəni tapdalayaraq öldürüblər.

//Samir Qurbanov, Editor.az

Seçilən
4
editor.az

1Mənbələr