AZ

3 qızından sonra oğlu da atasının soyadından imtina etdi

Axsham.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Hollivud ulduzları Ancelina Coli ilə keçmiş həyat yoldaşı Bred Pittin oğulları 24 yaşlı Maddoks atasının soyadından imtina etmək istəyir. 

Axşam.az xəbər verir ki, o, hazırda yalnız anasının soyadından istifadə edir. Maddoksun qəfil qərarı Colinin rol aldığı yeni "Couture" filminin premyerasında açıqlanıb. Filmin titrlərində oğlu Maddoks Coli adı altında rejissor köməkçisi kimi qeyd olunub.

Xatırladaq ki, o, 2024-cü ildə "Maria" filmində Maddoksın soyadı Coli-Pitt kimi yazılmışdı.

Qeyd edək ki, bundan əvvəl Pitt və Colinin qızları Zahara, Vivyen və Şilo da atasının soyadından imtina edib.

Ancelina ilə Bredin ümumilikdə altı övladı var; bioloji - Şilo, Noks və Vivyen, övladlığa götürülmüş - Maddoks, Paks və Zahara.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
axsam.az

1Mənbələr