AZ

GƏRGİNLİK ARTIR: Britaniya İrandakı diplomatlarını TƏXLİYƏ ETDİ

Böyük Britaniya regionda hərbi münaqişə təhlükəsi səbəbindən İrandakı səfirliyinin işçilərini təxliyə edib.

Olaylar.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında dərc olunmuş açıqlamada bildirilir.

"Britaniyalı işçilər müvəqqəti olaraq İrandan geri çağırılıb. Səfirliyimiz uzaqdan fəaliyyətini davam etdirir", - deyə məlumatda bildirilir.

Yanvar ayında ABŞ xəbərdarlıq edib ki, Tehran danışıqlar masasına oturub nüvə silahlarından tamamilə imtina etməyi nəzərdə tutan "ədalətli razılaşma"ya çatmasa, güc tətbiq etməyə ciddi şəkildə hazırdır.

İran hakimiyyəti isə dəfələrlə nüvə bombası hazırlamaq niyyətində olmadığını bildirib.

Pentaqon iki aviadaşıyıcı zərbə qrupu da daxil olmaqla, Yaxın Şərqdə əhəmiyyətli qüvvələr cəmləşdirib. 19 fevralda ABŞ administrasiyası İranla razılığa gəlmək üçün maksimum 15 gün vaxt verəcəyini açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
6
olaylar.az

1Mənbələr