Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Emin Alməmmədov 1989-cu il fevralın 27-də Şəmkir şəhərində anadan olub.
QHT.az xəbər verir ki, o, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb və sentyabrın 29-da döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Emin Alməmmədov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Kəlbəcərin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Ruhu şad, xatirəsi əbədi olsun!