AZ

MPL: "Kəpəz" "Sumqayıt"ı darmadağın etdi, "Zirə"dən minimal hesablı qələbə

Bu gün Azərbaycan Premyer Liqasında XXII turun oyunları start götürüb.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Əvvəlcə “Kəpəz” Yevlax şəhər stadionunda “Sumqayıt”ı qəbul edib. Oyun hesabı erkən qolla açan Gəncə təmsilçisinin böyük hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər matçında isə “Araz-Naxçıvan” və “Zirə” komandaları üz-üzə gəlib. “Liv Bona Dea Arena”da təşkil edilən qarşılaşmada qonaqlar minimal hesablı qələbə qazanıblar.

Qeyd edək ki, turun digər oyunları 28 fevral - 1 mart tarixlərində keçiriləcək.

Misli Premyer Liqası
XXII tur 
27 fevral 

"Kəpəz" – "Sumqayıt" 3:0 

Qollar:  Ryonosuke Ohori, 1. Luis Paçu, 19; 39-pen. 
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Gülnurə Əkbərzadə, Ruslan Quliyev. 
VAR: Rəvan Həmzəzadə, Şirmamed Mamedov. 
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Yevlax. Şəhər stadionu. 

“Kəpəz”: 33. Yusif İmanov, 7. Ehtiram Şahverdiyev, 77. Fərid Nəbiyev, 11. Rəhman Hacıyev, 9. Luis Paçu, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 12. Mahamadu Ba, 14. Adama Fofana, 4. Mate Abuladze, 10. Ryonosuke Ohor.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 99. Əli Səmədov, 17. Ümid Səmədov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 6. Camal Cəfərov.
Baş məşqçi: Azər Bağırov.
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 7. Rüstəm Əhmədzadə, 29. Emil Mustafayev, 8. Səbuhi Abdullazadə (k), 75. Nadir Orucov, 10. Nikola Ninkoviç, 72. Rayan Senhadji, 6. Sedrik Badolo, 33. Danilo Beskorovaynıy, 71. Masaki Murata, 80. Keffel Resende.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 12. Murad Ağamalıyev, 3. Höccət Haqverdi, 24. Sənan Muradlı, 21. Nihad Əhmədzadə, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 95. Nsana Simon, 11. Aleksa Yankoviç, 25. Abdul Raşid Mumini.
Baş məşqçi: Saşa İliç.

"Araz-Naxçıvan" – "Zirə" 0:1 

Qol: A.Qomis, 67.
Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Zeynal Zeynalov, İslam Məmmədov. 
VAR: Əliyar Ağayev, Teymur Teymurov. 
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Mərdəkan. "Liv Bona Dea Arena".

Araz-Naxçıvan: 12. Kristian Avram, 3. Bəxtiyar Həsənalızadə (k), 5. Slavik Alxasov, 8. Coşqun Diniyev, 4. Rahil Məmmədov, 26. Ömər Buludov, 16. Ramon Maçado, 6. Patrik Andrade, 7. Hamidu Keyta, 10. Felipe Santos, 19. Bar Kohen.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 14. Ülvi İsgəndərov, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 11. Ba-Muaka Simakala, 77. Bruno Franko, 70. Çarlz Boli.
Baş məşqçi: Andrey Demçenko.
Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 19. Rüfət Abdullazadə, 26. Stefan Akka, 25. Enrike Kustodio, 9. Davit Volkov, 10. Georgi Papunaşvili, 30. Rikardo Martins, 5. Ange Mutsinzi, 17. Ayron Qomis, 22. Eren Aydın.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 70. Namik Ələskərov, 73. Anatoli Nuriyev, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 28. Leroy Mikels, 20. İssa Cibrila, 11. Junior Martins, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

Seçilən
1
5
fanat.az

10Mənbələr