AZ

Bakıda “Popeyes Azerbaijan” restoranının açılışı olub - FOTO

Bakıda “Popeyes Azerbaijan” restoranının açılış mərasimi keçirilib.

APA xəbər verir ki, şirkətinin qurucuları Maykl Baldiqa və Məhəmməd Əfəndiyev “Popeyes”ın tarixi haqqında qısa məlumat veriblər.

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon rəhbərlik etdiyi diplomatik komandanın Azərbaycan-ABŞ əlaqələrinin inkişafı üçün dayanmadan fəaliyyət göstərdiyini bildirib.

Diplomat “Popeyes Azerbaijan”ın iki ölkə arasında iqtisadi əlaqələrə töhfə verəcəyini qeyd edib.

Qeyd edək ki, “Popeyes Azerbaijan” amerikalı sahibkar Maykl Baldyqa və azərbaycanlı iş adamı Məhəmməd Əfəndiyev tərəfindən təsis edilib. Bu layihə Azərbaycan iqtisadiyyatına yönəlmiş birgə ABŞ–Azərbaycan investisiyası və tərəfdaşlığıdır. Hər restoran təxminən 50 yerli sakini işlə təmin edəcək. Ölkə üzrə 20 restoranın açılması planlaşdırılır və layihə üzrə ümumilikdə 1 000-dən çox yeni iş yerinin yaradılacağı gözlənilir. “Popeyes” 1972-ci ildə Nyu-Orleanda yaradılıb, Kajun üslublu toyuq məhsulları ilə tanınır.

Bakıda Bakıda Bakıda Bakıda Bakıda Bakıda
Seçilən
7
2
apa.az

3Mənbələr