Aparıcı Zaur Baxşəliyev ad gününü qeyd edib.
Ölkə.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
"Gəldik çıxdıq 45 yaşa. Xeyirli olsun. MaşAllah. Allah bütün ailələri qorusun. Təbriklərinizə görə təşəkkür", - deyə o paylaşımda qeyd edib.
Qeyd edək ki, fevralın 26-da anadan olan Zaur illərdir Xocalı soyqırımı ilə əlaqədar ad gününü qeyd etmədiyini bildirib.
Həmidə İbrahimova