AZ

MEK görkəmli ədəbiyyatşünasvə tənqidçi Yaşar Qarayevə həsr olunan virtual sərginitəqdimedir


 Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası görkəmli ədəbiyyatşünasvə tənqidçi Yaşar Qarayevin 90 illik yubileyi münasibətilə “Yaşar Qarayev - 90” adlı virtual sərgini (https://heyzine.com/flip-book/d371126642.html) təqdim edir.

 Sərgi MEK-in fondlarında saxlanılan nəşrlər əsasında hazırlanıb. Burada alimin klassik və müasir ədəbiyyatın inkişaf mərhələləri, ədəbi cərəyanlar və onların xüsusiyyətlərinin geniş şəkildə təhlil olunduğu əsərləriyer alıb. Bundan başqa, görkəmli alimin həyatı,kinomatoqrafiya sahəsində gördüyü işlərhaqqında məlumatlar, fotolar nümayiş olunur.

 Sərgilənən nəşrlər arasında görkəmli tənqidçinin elmi əsaslılığı, prinsipiallığı və dərin analitik yanaşması ilə seçiləntənqidçilik fəaliyyətini əks etdirən, Azərbaycan ədəbiyyatşünaslığının fundamental nümunələri -“Seçilmiş əsərləri” (beş cilddə), “Poeziya-nəsr Realizm: sənət və həqiqət”, “Hüseyn Cavid”, “Min ilin sonu”, “Ədəbi üfüqlər”, “Meyar-şəxsiyyətdir”, “İlyas Əfəndiyev”, “Faciə və qəhrəman”, “Səhnəmiz və müasirlərimiz” və başqa dəyərli nəşrlər yer alır.

 Virtual sərgi ilə yanaşı, MEK-də ənənəvi sərgi də təşkil olunub. Ənənəvi sərgi iki həftə müddətində davam edəcək.


Seçilən
10
2
azia.az

3Mənbələr