AZ

Pakistan Əfqanıstandakı Taliban hökumətinə "açıq müharibə" elan etdi



Tah27-5

Pakistanın müdafiə naziri Xavaca Asif hazırda Əfqanıstana hakim olan Taliban hərəkatına qarşı "açıq müharibə"nin başlandığını elan edib. O bunu X sosial media hesabında yazıb. Onun sözlərinə görə, Taliban hökuməti Əfqanıstanı Hindistanın müstəmləkəsinə çevirib, ölkəyə dünyanın hər yerindən terrorçular toplayıb və terrorizmi ixrac etməyə başlayıb və xalqını əsas hüquqlarından məhrum edib.

Nazir yazıb ki, Pakistan birbaşa və dost ölkələr vasitəsilə normal vəziyyəti qorumaq üçün bütün səylərini göstərib: “Lakin Taliban Hindistanın kuklalarına çevrilib. Bu gün onlar Pakistana aqressiv hücum etməyə cəhd etdikdə, qüvvələrimiz qətiyyətlə cavab verir".Pakistan Baş Nazirinin Ofisinin məlumatına görə, Pakistan Əfqanıstanın bir neçə şəhərinə, o cümlədən Kabil və Paktiya və Qəndəhar əyalətlərinə hava hücumları həyata keçirib. Pakistanın informasiya naziri Attaullah Tarar bildirib ki, zərbələr nəticəsində 133 Taliban döyüşçüsü öldürülüb, 200-dən çoxu yaralanıb.

Əfqanıstan Müdafiə Nazirliyi də öz növbəsində 26 fevral axşamı iki Pakistan bazasını və 19 nəzarət məntəqəsini ələ keçirdiyini açıqladı. Nazirlik 55 Pakistan əsgərinin öldürüldüyünü iddia edib. Qeyd edək ki, fevralın 26-da Əfqanıstan Pakistan qüvvələrinin hücumlarına cavab olaraq sərhəd əyalətlərində Pakistana qarşı əməliyyat başlatdığını elan etdi. Pakistan əvvəllər də Əfqanıstanın şərqindəki Xorasan əyalətində yerləşən Təhriki Taliban Pakistanvə İslam Dövləti terror təşkilatlarının düşərgələrini hədəf alan hava hücumları təşkil etmişdi. Pakistan hakimiyyətinin məlumatına görə, zərbələr Pakistanda baş verən bir sıra terror hücumlarına cavab idi. İslamabad bildirir ki, yaraqlı liderlər Əfqanıstanda sığınacaq tapır və oradan Pakistana hücumlar planlaşdırırlar.

Tahir TAĞIYEV

Seçilən
7
baki-xeber.com

1Mənbələr